32 yaşlı model Miranda Kerr 25 yaşlı milyarder sevgilisi Evan Şpiqellə “Qremmi” mükafatlandırma mərasimindən sonra təşkil edilən partiyə gedərkən görüntülənib. Ötən ilin iyulundan münasibətə başlayan cütlük ilk dəfə əyləncə zamanı kameralara tuş gəlib. Mirandanın əlini buraxmayan Evan mini don geyinən sevgilisini paparassilərdən qorumağa çalışıb. Qeyd edək ki, 25 yaşlı milyarder “Snapchat” mobil əlavəsinin istehsalçısı kimi “Forbes”in “Dünyanın ən gənc milyarderi” siyahısındadır. Evan ilk milyardını isə 23 yaşı olanda qazanıb. Miranda Kerr daha əvvəl aktyor Orlando Blumla ailəli olub. Cütlüyün Flinn adlı bir oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.