Hollivud ulduzu Ancelina Coli “Assicoated Press”ə müsahibə verib. Aktyor Bred Pittlə ailəli olan aktrisa heç vaxt uşaq sahibi olmağı ağlına belə gətirmədiyini deyib: “Çox qəribədir, amma əsla uşağım olmasını istəmirdim. Heç hamilə qalmağı belə düşünmürdüm. Özümü heç vaxt ana kimi təsəvvür etmirdim”. Hazırda film çəkilişləri üçün Kambocada olan Ancelina övladlığa götürdüyü ilk oğlu Maddoksu da orada tapıb. 2000-ci ildə “Tomb Raider” filminin çəkilişi üçün bu ölkəyə yollanan Coli kambocalı uşaqlarla oynadığı zaman “Mənim oğlum bu ölkədədir” deyə düşündüyünü bildirib: “Uşaqlarımın köklərinin haradan gəldiyini bilmələrini istəyirəm”.
Qeyd edək ki, Bred Pittlə Ancelina Colinin 3-ü övladlıq olmaqla, 6 uşağı var. Cütlüyün böyük oğlu Maddoks kambocalı, qızı Zahara efiopiyalı, Paks isə vyetnamlıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.