Müğənni Aygün Mahmudova həyat yoldaşı, rejissor Kənan M.M-i qısqanmadığını, ona inandığını deyib.
CİA.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə müğənni “Düzünü desək” verilişində deyib. O, qeyd edib ki, həyat yoldaşının telefonunu yoxlamağı özünə sığışdırmır:
“Kənanın telefonunu yoxlamağı heç vaxt özümə sığışdırmıram. Eləcə də Kənan. Biz bir-birimizə inanıb ailə qurmuşuq, telefonlarımızı yoxlamırıq. Bilirəm ki, Kənan məşhurdur, ona xanımlar yazacaq. Hətta bir ara onun köhnə nömrəsini mən işlətdim. O qədər mesajlar gəlirdi ki. Gecə səhərə kimi oturub oxuyurdum. Amma bunları Kənana bildirmirdim. Bilirəm ki, Kənan heç kimə cavab yazmır”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.