banner
banner

Sosİal

Sığortasız maşınlar radara düşəcək

Sığortasız maşınlar radara düşəcək

Sürücülərin mülki məsuliyyətinin icbari sığortasına nəzarət gücləndirilir.

”Xezerxeber" bildirir ki, martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə əsasən, radarlar icbari sığortası olmayan avtomobilləri qeydə alacaq.

Hazırkı qaydalara görə, icbari sığortanın mövcudluğunun əsasən bir üsulla müəyyən etmək olur. Martın 1-dən etibarən isə avtomobillərin icbari sığortasının mövcudluğu həm də texniki vasitələrin köməyi ilə müəyyən ediləcək.

Bu sistemin işə düşməsi üçün icbari sığortalar bürosunun elektron sistemi ilə yol polisinin məlumat sistemi bir-biri ilə əlaqələndirilməlidir.

Hazırkı qaydalara görə, icbari sığorta olmadan nəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat cərimə edilir. Ekspertlər hesab edirlər ki, bu qayda sürücülərin məsulyyətini və buna uyğun olaraq icbari sığortalanan avtomobillərin sayını artıracaq. Bu isə qəza hadisələrindən sonra sığortanın yoxluğu ucbatından dəymiş ziyanın ödənilməsində yaşana biləcək problemləri minimuma endirə bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.