banner
banner

Sosİal

Satışda olan bayraqlar standartlara cavab verirmi?

Satışda olan bayraqlar standartlara cavab verirmi?

Məktəb və ofis ləvazimatları satılan hər mağazada bayraq satıldığının şahidi oluruq. Satışda müxtəlif forma və ölçüdə bayraqlar var. Xırda ölçülü və yapışqanlı bayraqlar da tapmaq olar, masa üstü üçün nəzərdə tutulmuş orta ölçülü və asmaq üçün iri ölçülü bayraqlar da.

Bəs bu bayraqlar necə hazırlanır? Onun ölçü meyarları, rəngi qanunvericiliyin, daha dəqiq desək “Dövlət bayrağı haqqında” Əsasnamənin tələblərinə uyğundurmu? Bu bayraqlar harada istehsal olunur?

Baş çəkdiyimiz bir neçə məktəb və ofis ləvazimatları mağazasında satıcılardan öyrəndik ki, bu bayraqların hamısı Çində istehsal olunub Azərbaycana gətirilir.

Qanunvericiliyin tələbinə görə, bayrağın eninin uzununa nisbəti 1:2 olmalıdır.

Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun təsvirinə dair də tələblər var. Belə ki, Ayparanın təsviri konsentrik, yəni eyni mərkəzli olmayan iki dairənin hissələri şəklindədir. Böyük dairənin diametri bayrağın eninin 0,286-na, kiçik dairənin diametri isə bayrağın eninin 0,22-nə bərabərdir.

“Dövlət bayrağı haqqında” Əsasnamədə bayrağın rənglərinin konkret çaları da müəyyən olunub. Belə ki, bayraq hazırlanan zaman onun mavi rəngi "Panton" rənglər kataloqunun Blue 313 C rənginə, qırmızı rəngi - Red 185C rənginə, yaşıl rəngi isə Green 3405 C rənginə uyğun olmalıdır.

Bəs satışdakı bayraqlar bu tələblərə nə dərəcədə uyğundur? Dövlət tərəfindən buna nəzarət necədir?

İnzibati Xətalar Məcəlləsinə görə, Dövlət bayrağının qanunvericiliyin tələblərinə zidd istifadəsinə görə vəzifəli şəxslər 30 manatdan 40 manatadək miqdarda, hüquqi şəxslər isə 70 manatdan 90 manatadək miqdarda cərimə edilir.

Bununla yanaşı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) də satışda qanunvericiliyin tələblərinə uyğun olmayan bayraqlara nəzarət edir. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da bir müddət əvvəl mətbuata açıqlamasında bildirib ki, bəzi hallarda xaricdən gətirilən bayraqların standartlara cavab vermədiyi müşahidə olunur. Məsələn, bayrağın rəng çalarlarının başqa cür olduğunu da açıq-aydın görmək olur.

“Belə halla rastlaşanda standartın tələblərinə uyğun olmayan bayraqların yığışdırılması ilə bağlı komitə tərəfindən tapşırıqlar verilir”, - komitə rəsmisi belə deyir

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.