Dünya şöhrətli müğənni Beyons “Super Bowl”dakı çıxışı zamanı qaradərililərə qarşı zorakılıq əleyhinə mübarizə aparan qeyri-qanuni dəstənin uniformasını geyinərək onları dəstəklədiyi üçün polislə üz-üzə gəlmişdi. Beyonsun bu hərəkətinə qarşı çıxan ABŞ polisi apreldə ifaçının Tampada baş tutacaq konsertində onu qorumaqdan imtina edib. Buna baxmayaraq, müğənniyə “Malcom X” müsəlman təşkilatından dəstək gəlib. Belə ki, “qaradərili müsəlmanların səsi” kimi dəyərləndirilən təşkilatın lideri Luis Farrakhan Beyonsa dəstək olacaqlarını bildirib: “Beyonsu polis qorumaq istəməsə, biz onu qoruyacağıq”, - deyə təşkilat lideri açıqlama verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.