banner
banner

Sosİal

Bakıda içərisində sərnişinlər olan avtobus yandı

Bakıda içərisində sərnişinlər olan avtobus yandı
Bakı şəhəri Xətai rayonu ərazisində  avtobus yanıb.
APA-nın məlumatına görə, hadisə “Xətai” metro stansiyasının qarşısında baş verib.
Məlumata görə, 10 TE 770 dövlət qeydiyyat nişanlı, “MAN” markalı,  21 nömrəli marşrut üzrə hərəkət edən  avtobusun təkər hissəsində qəfil alışma baş verib. Sürücü sərnişinləri dərhal avtobusdan düşürüb və Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə məlumat verib. Hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanmaqda olan avtobus söndürülüb.
 
Hadisə yerinə eyni zamanda Xətai rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb.
 


Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.