“İlhamə Quliyeva ilə əlaqəli iş davam etdiriləcək”
“İlhamə Quliyevanın vəfatı Mehriban Hüseynovanın həbsi ilə əlaqədar gedən istintaqın tamamlanması anlamına gəlməməlidir. Prosesə uyğun olaraq İlhamə Quliyevanın qanuni varisinin kim olması müəyyənləşdiriləcək və şikayət əsasında istintaq davam etdiriləcək. Həbsxanada olan vətəndaş Mehriban Hüseynova İlhamə Quliyevanın ona qarşı qanunazidd əməlləri ilə bağlı mənə müraciət edib. Mən isə qanuna uyğun olaraq daxil olan müraciəti Baş Prokurorluğa göndərmişəm. Qanunla onların cavab vermək müddəti var”.
Bunu azvision.az-a bunu bir müddət əvvəl xalq artisti İlhamə Quliyevanın qanunazidd əməllərinə hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edən deputat Çingiz Qənizadə deyib. Ç.Qənizadə qeyd edib ki, İlhamə Quliyevanın yoxluğu bəzi məsələlərin araşdırılmasında müəyyən problemlər yarada bilər: "Bununla belə Mehriban Hüseynovanın dövlət rəsmilərinə müraciətində əks olunan məqamlar araşdırılmalıdır. Ən azı Mehriban Hüseynovanın video görüntülərinin çəkilib mətbuata yayılması, şəxsiyyətinin və nüfuzunu alçaldan hərəkətlər qanunla qadağandır. Eyni zamanda görüntülərdən də aydın olur ki, ona təzyiq var və bu halda həmin addımları atır. Bunlara hüquqi qiymət verilməlidir. Burada söhbət təkcə İlhamə Quliyevadan yox, evdə olan bütün şəxslərdən gedir. Yəni, onlar da eyni dərəcədə məsuliyyət daşıyırılar. Hesab edirəm ki, ölkədə qanun hamı üçündür. Heç kimin titulu, cəmiyyətdəki yeri, ona verilmiş səlahiyyətləri qanundan ali ola bilməz. Ona görə də vətəndaş Mehriban Hüseynovaya qarşı edilən hərəkətlər və KİV-lərdə şəxsiyyətinin, ləyaqətinin alçaldılmış formada videolarının yayılması qanunla qadağan edilir və məsuliyyət yaradır. Bu halları törədənlər məsuliyyət daşıyır və hərəkətlərinə hüquqi qiymət verilməlidir".
Deputat, həmçinin bildirib ki, Mehriban Hüseynovaya qarşı qanunazidd hərəkətlərə hüquqi qiymət verildikdən sonra iş məhkəməyə gedərsə, cəza müəyyənləşəcək: "Cəza məsələsi məhkəmənin səlahiyyətlərinə aid olan məsələdir. Hadisə zamanı evdə başqa şəxslər də olub. İlhamə Quliyevanın oğlu, onun dostu, başqa bir xanım Mehriban Hüseynovanı aldadaraq evə gətiriblər, təzyiq göstərərək video çəkiliş edib, həmin görüntüləri mətbuatda yayıb, onun şəxsiyyətini alçaldıblar. Eyni zamanda Mehriban Hüseynova köməkçi kimi çalışıbsa, rəsmiləşdirilməli, vergi ödəməli və əməkhaqqı almalı idi. Mehriban Hüseynovanın həbsi ilə bağlı gedən istintaqda bu məqamlar da araşdırılacaq".
Qeyd edək ki, fevralın 4-də Milli Məclisin deputatı Çingiz Qənizadə xalq artisti İlhamə Quliyevanın davranışlarına hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə İlhamə Quliyevanın keçmiş köməkçisi, hal-hazırda Bakı İstintaq təcridxanasında həbsdə olan Mehriban Hüseynovanın hüquqlarının pozulması hallarının araşdırılması xahiş olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.