Elman Mehdiyev: “Pensiyalar hər ay qrafikdən əvvəl maliyyələşdirilir”
"Pensiyaların maliyyələşdirilməsi hər ay qrafikdən əvvəl davam etdirilir".
Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.
Onun sözlərinə görə, DSMF-nin kifayət qədər maliyyə dayanıqlığı var. Sədr xatırladıb ki, bu yaxınlarda parlamentdə DSMF-nin 2016-cı ili üzrə büdcəsində dürüstləşmə aparılıb və həmin dürüstləşmə Azərbaycan Prezidentinin tapşırığa uyğun olaraq özündə kifayət qədər əlavə maliyyə vəsaitinin ayrılmasını ehtiva edir.
“Ayrılacaq maliyyə vəsaiti həm dövlət büdcəsi, həm də DSMF-nin Sosial sığorta agentliyinin maliyyə hesabına təmin olunub. Bu isə onu deməyə əsas verir ki, pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malik olacaq. Hər ay pensiyalar qrafikdən əvvəl maliyyələşdirilir”, - deyə DSMF sədri bildirib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.