Lənkəran çay emalı fabrikinin direktoru Rəşid Quliyev vəfat edib.
APA bildirir ki, 47 yaşlı Rəşad Quliyev ürək tutmasından dünyasını dəyişib.
Lənkəranın Haftoni qəsəbəsində yerləşən çay emalı fabrikinin direktoru vəzifəsində çalışan R.Quliyevin bölgədə çayçılığın inkişafında xidmətlərinin olduğu bildirilir.
Onu da qeyd edək ki, R.Quliyev Qafqaz Çay Assosiasiyasının prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elm Mərkəzinin direktoru, professor Fərman Quliyevin oğludur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.