Kəmərsiz sürücülər barədə dərhal elektron protokol tərtib olunacaq
Yeni İnzibati Xətalar Məcəlləsində sürücülərin diqqət etməli olduqları yeniliklər hansılardır?
Kəmərsiz sürücüləri artıq təhlükəsizlik kameraları da gözdən qoymayacaq. Piyada ayağını piyada zolağına qoyan kimi avtomobili dayandırmağına ehtiyac yoxdur, ona mane olmursansa, ötüb keçə bilərsən. Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsində sürücüləri gözləyən yeniliklər bununla bitmir.
Cia.az «Azadlıq Radiosu»na istinadən xəbər verir ki, yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, artıq sürücülər yollarda daha diqqətli olmalıdırlar, çünki təhlükəsizlik kameralarının funksiyaları artırılıb.
Hüquqşünas deyir ki, əvvəlki Məcəllədə inzibati xətaya görə məsuliyyətə cəlbetmə 2 ay nəzərdə tutulurdusa, indi bu müddət 1 ildir: “Yəni əvvəllər sürücünün yol verdiyi xəta barədə iki ay sonra protokol tərtib edirdilərsə, sürücü 2 aylıq müddəti əsas gətirib hüquqlarını müdafiə edə bilərdi. Ancaq indi onun bu imkanı daralır”.
Ərşad Hüseynov deyir ki, sürücü yola təhlükəsizlik kəmərini bağlamadan çıxarsa, bu zaman təhlükəsizlik kamerası bunu qeydə alacaq və sürücü barədə elektron protokol tərtib ediləcək:
“Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.