Aktrisa Vilma Elles əkiz uşaqları Melodi və Milatla birgə fotokamera qarşısına keçib. Hazırda "Yeter" serialında çəkilən Vilma əkiz analarına məsləhətlərini də verib:
"Əkiz uşaq sahibisinizsə, onların inkişaflarının fərqli olacağını bilməlisiniz. Məsələn, biri əvvəl oturmayı öyrənir, digəri isə danışmağa başlayır. Bunları nəzərə alıb onlarla fərdi məşğul olmaq lazımdır".
Elles üçüncü uşaqla bağlı suala "geniş ailələri sevirəm, istəyirəm ki, mənim də böyük ailəm olsun. Amma üçüncü uşağa hələ çox var, qismətsə, 5 il sonra" cavabını verib. Doğumdan qısa müddət sonra ideal bədən quruluşunda görünən aktrisa bunu belə izah edib:
"Pəhriz tutmuram, xüsusilə də, sağlamlığa ziyanlı pəhrizlərə qarşıyam. Ən əsası, sağlam qıdalanmaq lazımdır".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.