Daxili Qoşunların və polisin nəzarətində olan Nardaranda yenidən genişmiqyaslı əməliyyat keçirilib. Martın 1-də baş tutan əməliyyatda bir neçə nəfər saxlanılıb, səkkiz nəfərə inzibati həbs cəzası verilib. Əməliyyatın keçirilməsinə səbəb martın 1-də səhər saatlarında bir qrup şəxsin Nardaranın ara küçələrində divarlara dini şüarlar yazması olub.
Bu hadisə ötən ilin dekabrından Daxili Qoşunların və polisin əməliyyatlardan sonra nəzarətə götürdüyü Nardaranda baş verən ən səs-küylü hadisə oldu. Kənd sakinləri divarlara dini şüarlar yazan şəxsləri tanımadıqlarını deyir, Daxili İşlər Nazirliyindən isə verilən açıqlamada həbs edilənlərin kimliyi açıqlanmır.
Kənd sakinlərinin musavat.com-a verdiyi məlumata görə, sərbəst buraxılanlar Nardaran sakinləri olublar, lakin həbs edilənləri heç kim tanımır.
Nardaran ağsaqqalı Hacıağa Nurinin fikrincə, həbs edilənlərin kənd sakinləri olmaması bunun təxribat olduğunu göstərir: “Onları heç kim tanımır. Bilirik ki, bunu kənardan kimlərsə edib. Məqsədli şəkildə qarşıdurma yaratmaq istəyirlər. Kənd sakinlərinin bu məsələ ilə əlaqəsi yoxdur”.
Xatırladaq ki, ötən il noyabrın 26-da polislə silahlı qarşıdurmada 2-si polis olmaqla, 6 nəfər dünyasını dəyişmişdi. Müsəlman Hərəkatı Birliyinin sədri Tale Bağırzadə və bir neçə radikal dindar həbs edilmişdi. Bundan sonra kənd sakinləri noyabr ayının sonunadək kənddə aksiyalar keçirmiş, kəndə girişlərdə barrikadalar qurmuşdular. Daxili Qoşunların və polisin keçirdiyi əməliyyatdan sonra Nardaran dekabr ayının 1-dən nəzarətdə saxlanılırdı. Hadisələrdə iştirak edən onlarla kənd sakini həbs edilmişdi.
T.Bağırzadənin fevralın 19-da keçirilən məhkəməsi zamanı da insident yaşanıb. Belə ki, Nəsimi Rayon Məhkəməsində Taleh Bağırzadənin məhkəmə prosesi zamanı 15-20 nəfər şəxs məhkəmənin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd göstərib.
Aksiyaya təşəbbüs zamanı 9 nəfər saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıb, barələrində müvafiq sənədləşmə aparılaraq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.
Saxlanılanların ad-soyadları barədə də musavat.com-a məlumat daxil olub. Onlardan Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Murad Şahin oğlu Qurbanov, 1993-cü il təvəllüdlü Lətif Xalid oğlu Cəfərli və əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəvan İlham oğlu İsmayılov inzibati qaydada həbs edilib. Digər saxlanılanlara xəbərdarlıq edilərək sərbəst buraxılıblar.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.