banner
banner

Gündəm

AZAL İdarə Heyətinin səlahiyyəti azaldılıb

AZAL İdarə Heyətinin səlahiyyəti azaldılıb
Nazirlər Kabineti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib. 
APA-nın məlumatına görə,  dəyişiklik “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) kollegial icra orqanı olan İdarə Heyətinin səlahiyyətləri ilə bağlıdır. 
Dəyişikliyə əsasən AZAL İdarə Heyətinin səlahiyyəti azaldılıb. Bundan sonra İdarə Heyəti “Azərbaycan Hava Yolları” QSC-nin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri AZAL-ın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət etməlidir. 
İdarə Heyəti aidiyyəti şəxslə dəyəri “AZAL-ın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında isə qərar qəbul etmək səlahiyyətində olacaq. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.