banner
banner

Sosİal

Azərbaycanda narkomanların sayı açıqlanıb

Azərbaycanda narkomanların sayı açıqlanıb
Azərbaycanda 2015-ci il üzrə qeydiyyatda olan narkomanların dəqiqləşdirilmiş sayı açıqlanıb.  
APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən respublika üzrə 31 dekabr 2015-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 28 min 555 nəfərdir.
20 min 36 nəfər opioidlərin, 8 min 519 nəfər kannabioidlərin qəbulu nəticəsində bu bəlaya düçar olub. Bunlardan dispanser qeydiyyatında olanlar  23 min 153 nəfər, profilaktik  müalicə alanlar 5402 nəfərdir.  Anonim müalicə alanlar  583 nəfər, toksikomanlar 158 nəfərdir. Narkotik istifadəçilərinin 592 nəfəri qadındır.
 
2015-ci il ərzində 2017 narkoman qeydiyyata götürülüb. Bunlardan 1224 nəfər opioidlərin, 793 nəfər  kannabioidlərin qəbulu nəticəsində bu bəlaya düçar olub. Bu narkomanların 1432 nəfəri dispanser qeydiyyatındadır, 585 nəfər profilaktik müalicə alır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.