“Xalqın maraqlarını hər şeydən üstün tutmaqla...” - Mehriban Əliyeva + Fotolar
“Məni Macarıstan dövlətinin yüksək mükafatı ilə təltif etdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Mənim üçün böyük şərəfdir ki, fəaliyyətim bizə dost olan ölkədə - Macarıstanda belə yüksək qiymətləndirilib”.
Cia.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 6-da Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunması mərasimində çıxışı zaman deyib.
Mehriban Əliyeva vurğulayıb ki, Azərbaycan ilə Macarıstanı qarşılıqlı dəstək, hörmətə əsaslanan dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq bağlayır:
“Ölkələrimiz bir çox sahələrdə sıx əlaqələr qurub. Mən əminəm ki, Sizin ölkəmizə səfəriniz bu əlaqələrin möhkəmlənməsində öz mühüm rolunu oynayacaq.
Mən çox xoşbəxtəm ki, rəhbərlik etdiyim Heydər Əliyev Fondu ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə öz töhfəsini verir. Fond təhsil, sosial, səhiyyə sahələrində layihələr həyata keçirir. Humanitar sahədə həyata keçirilən layihələr, əminəm ki, insanları, xalqları bir-birinə daha dərindən tanıdır və daha yaxşı anladır.
Siz, cənab Baş nazir, dinlərarası münasibətlərlə bağlı tamamilə düz söylədiniz, bizim fəlsəfəmiz ondan ibarətdir ki, hər bir xalq, hər bir insan öz dilinə, tarixinə, mədəniyyətinə hörmətlə yanaşırsa, bütün dünyanın dini və mədəni müxtəlifliyini həmin şəkildə qəbul etməlidir.
Bu gün mənə verdiyiniz mükafatı mən, eyni zamanda, bu əməkdaşlığa verilən yüksək qiymət kimi qəbul edirəm. Ümidvaram ki, cənab Baş nazir, Sizin və cənab Prezident, Sizin köməyinizlə bu əməkdaşlıq gələcəkdə davam edəcək. Mənim üçün xüsusi şərəfdir ki, bu mükafatı mənə şəxsən Siz təqdim edirsiniz.
Siz ölkənizdə öz prinsipial siyasətinizlə, xalqınızın maraqlarını hər şeydən üstün tutmaqla böyük dəstək və hörmət qazanmısınız. Azərbaycanda isə Sizi ölkəmizin yaxşı və böyük dostu kimi tanıyırlar.
Mənim fəaliyyətimi belə yüksək qiymətləndirdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm, Sizə gələcək uğurlar arzulayıram. Macarıstan xalqına dərin hörmətimi və məhəbbətimi bildirir, ona sülh və əmin-amanlıq arzulayıram. Təşəkkür edirəm”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.