banner
banner

Sosİal

Körpələrin satıldığı iddia olunan doğum evində araşdırmalara başlanıb

Körpələrin satıldığı iddia olunan doğum evində araşdırmalara başlanıb
Sumqayıtdakı 1 saylı Doğum Evindəki neqativlərlə bağlı yazmışdıq. Tibb bacısı Samirə Babayeva doğum evində körpələrin 10 min manata satılması, tibb personalının əmək haqlarının mənimsənilməsi və bir çox  başqa qanunsuzluqlar haqda məlumat verərək araşdırılmasını xahiş edirdi. 
“Yeni Müsavat”a məktub yollayan S.Babayeva doğum evində baş prokurorun göstərişi ilə araşdırmaların başladığını qeyd edib: “Mətbuata müraciətlərimdən sonra baş həkim Sevda İsgəndərlinin 1998-ci ildən 2004-cü ilədək 1 saylı doğum evində işçilərin əmək haqlarını dolandırıcılıq yolu ilə əllərindən almasının araşdırılmasına başlandı. 
Sevda İsgəndərli öz hesablamasıyla mənim 3050 manatımı verdi. Sözsüz ki, bununla razılaşa bilməzdim. Bunun üçün də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdim. Doğum evinə ƏƏSMN-dən müfəttiş gəldi. Sevda İsgəndərlidən 1998-1999-cu illərin əmək haqqı cədvəllərini tələb etsə də, ona ”əmək haqqı cədvəllərini arxivə göndərmişik" dedi. Müfəttiş sənədlərin arxivə göndərilməsini təsdiq edən aktı tələb etdikdə isə ona “akt yoxdu” dedilər. Arxivdən isə müfəttişə dedilər ki, onlara, ümumiyyətlə, belə sənəd daxil olmayıb. Bu səbəbdən yoxlamanı aparmaq mümkün olmadı". 


Tibb bacısı Milli Məclisin Sumqayıtdan olan deputatı Tahir Mirkişiliyə müraciət etdiyini yazır: “Tahir müəllimin köməkçisi Cavid müəllim ərizəmi götürdü və Səhiyyə Nazirliyinə, Baş Prokurorluğa məlumat verildi. Əmək müfəttişi gəldiyi gün məni izahat vermək üçün baş həkim otağına çağırdılar. Müfəttiş bildirdi ki, baş həkim deyir ki, sizin pulunuzu veriblər. Mən də bildirdim ki, o pulu mənə uşağıma yardım kimi veriblər. Çünki baş həkim o pulu mənə Sumqayıtın baş pediatrı Xalidə Quliyeva vasitəsi ilə verib və Xalidə xanım mənə yardım verildiyi haqda ərizə yazdırdı. Mən bildirdim ki, bu qeyri-rəsmi ərizədir. Çünki 1 saylı doğum evinin fondu yoxdur ki, mənə yardım etsin və Sevda İsgəndərli kimi biri 1 il 3 ay onun haqqında şikayətlər edən birinə heç vaxt yardım etməz. Əgər belə yardımsevər olsaydı 360 nəfərin əmək haqlarını zorla xəzinədarı Solmaz İsmayılova ilə birgə hədə-qorxu gələrək 6 il əllərindən almazdı. Bu işçilərin ailə başçısı olmayan, tək ailə saxlayanı, xəstəsi olanı, azyaşlı uşağı olanı var idi. 20 illik iş fəaliyyətində bütün tibbi personala fond pulu adı ilə aylıq haqq qoymazdı. Mənə yardım adıyla öz əməkhaqqımın cüzi bir hissəsini ödədi. Əgər bu yardım idisə, hansı fonddan və nə əcəb verilib?  Yox, əgər oğurlanmış əməkhaqqım idisə, demək, Sevda İsgəndərli mənim və işçilərin əmək haqlarını oğurladığını etiraf etmiş olur. Belə olduqda cinayətə cəlb olunmalıdırlar. Sevda İsgəndərli və Solmaz İsmayılova Sevda İsgəndərlinin otağında məni hədələməklə şikayətimdən əl çəkməyimi istədi. ”Bilirsən də, hər şey pulun başındadı, uşağın var, özün varsan" sözləri ilə məni hədələdi. Özümün və ailəmin həyatının təhlükədə olduğunu görüb Sumqayıt Prokurorluğuna və Baş Prokurorluğa müraciət etdim". 
 

Tibb bacısı yazır ki, baş prokurorun qəbulunda olub və üzləşdiyi qanunsuzluqlar haqda ona məlumat verib: “Baş prokuror məni dinlədikdən sonra köməkçisi Sahib İsmayılova göstəriş verdi ki, işlə özü məşğul olsun və yenidən baxılsın. Keçən həftə Sahib İsmayılovdan məktub aldım. Səhiyyə Nazirliyinə sorğu göndərilib ki, bu müddət ərzində nə işlər aparılması haqda məlumat verilsin. Fevralın 27-də doğum evinə komissiya gəldi. Doğum evinin rəhbəriliyinin bu komissiyanın gələcəyindən xəbəri olmadığı üçün heç bir tədbir görə bilməmişdi. Amma baş həkim və böyük tibb bacısı Qızılgül Bünyadova yenə də öz hiylələrindən əl çəkmədilər. Birinci mərtəbədə təmir olunmayan otaqlarda dərman anbarını komissiya üzvlərinə inventar kimi təqdim etdilər. Lakin onların iç üzlərini açdım və o bağlı otaqların hamısını açdırmağı xahiş etdim. 3-cü mərtəbənin bir hissəsindəki dərman, butulka, pampers, şpris, əlcək qutularını baş həkimin xüsusi avtomobilinə və taksilərə daşıyıb yığmağa başladılar. Lakin bu niyyətləri də tutmadı. 
 
Komissiya üzvləri bütün otaqları açdırdı və hər şey aktlaşdırıb imzalayacaqlarını bildirdilər. Bununla kifayətlənməyən baş həkim növbəti hiyləsinə əl atdı. Guya işçilər komissiyanın bu axtrışından narazıdırlar və baş həkimin çıxmasını istəmirlər. Bunun üçün də baş həkimin təsərrüfat işçiləri üzrə müdiri Sevda Qələndərova və katibəsi Leyla şöbələri gəzərək işçilərə ”tez olun, düşün aşağı, yoxsa sizə pis olacaq" deyirdi. 
 
 
İşçilərin düşmədiyini görəndə isə şöbə müdirlərinə “nə durmusuz, işçilərinizi aşağı düşürün” deyərək qışqırıblar. Mətbəxin işçilərini mitinqə çağırıblar. Aciz qalan Sevda İsgəndərlinin ümidi mətbəx xadimələri oldu. Komissiyanın rəhbəri Nəcibə xanımsa acıqlanaraq “öz iş yerlərinizə qayıdın” deyib onları yerlərinə göndərdi".
 
Tibb bacısı yazır ki, baş həkimdən həmin gündən işdən çıxması haqda ərizə alınıb. Buna baxmayaraq S.İsgəndərli hələ də iş başındadı: “Maraqlıdır, niyə onun ərizəsinin üstü yazılmır? Doğum evini ticarət mərkəzinə çevirən baş həkimdən hər şey gözləmək olar. Doğum evini şəxsi ticarət obyektinə çevirib. Sevda İsgəndərli ”hər şey pulun başındadı, istəsəm sənə çox şey edərəm" deyirdi. Əgər belə çox pulu varsa, 360 nəfərlik personaldan oğurladıqlarını geri qaytarsın".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.