Paytaxtın Heydər Əliyev prospektində, Şəfa stadionunun qarşısında yerləşən sürət portalında metronun "Koroğlu" stansiyası istiqamətində köməkçi yolun birinci hərəkət zolağında sürət həddi 80-km/saatdan 60 km/saata endirilib.
Bu barədə virtualaz.org-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, irəlidə əsas yoldan köməkçi yola keçid olduğu üçün hərəkətin sağa yönləndirilməsi haqqında məlumatverici nişan əlavə edilib.
Mərkəzdən bildirilib ki, bu addım hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.