Bir müddət əvvəl sadə bir mərasimlə nişanlanan Sinem Kobal -Kenan İmirzalıoğlu cütlüyünün toy tarixi müəyyənləşib. Toy mayın 14-ü Cunda adasında keçirələcək.
Mərasimdə Sinem Kobal rəfiqəsi Tuvana Büyükçınarən hazırladığı gəlinliyi geyinəcək, 12 may tarixində adaya gedəcək.
İmirzalıoğlu və yaxın dostları isə mayın 13-də Kobala qatılacaq.
Cütlük qonaqları üçün üç otel bağladığı, qonaqların Ayvalıkdan Cundaya xüsusi olaraq bəzənmiş gəmilərlə daşınacağı bildirilib.
Kenan toy üçün 210 min türk lirəsi xərclədiyi qeyd edilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.