banner
banner

Sosİal

Azərbaycanda 14 min Türkiyə vətəndaşı işləyir

Azərbaycanda 14 min Türkiyə vətəndaşı işləyir

2016-cı ilin martın 1-nə olan statistic məlumatlara əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 3,71 faiz artıb. Fevral ayı ərzində əlavə olaraq 688 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı  28903 nəfərə yüksəlib.  

DSMF-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,83 faizini (25385 nəfər) kişilər, 12,17 faizini (3518 nəfər)  isə qadınlar təşkil edir.

Ümumilikdə 118 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə Respublikası vətəndaşları (14053 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan  Respublikası vətəndaşlarının sayı 3068 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1749 nəfərə çatıb.   

Sonrakı yerlərdə Hindistan (1252), İran İslam Respublikası (992), Çin Xalq Respublikası (870), Banqladeş Xalq Respublikası (661), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (601), Pakistan İslam Respublikası (555), Ukrayna (483), Özbəkistan (290), Filippin Respublikası (267), Almaniya Federativ Respublikası (259), ABŞ (257), Qazaxıstan Respublikası (226), Türkmənistan Respublikası (219), İtaliya (206)  və s. ölkələr qərarlaşıb.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.