Uzun müddətdir Moskvada olan müğənni Rəqsanə İsmayılova Bakıya qayıdıb.
Axşam.az-a açıqlama verən ifaçı qızı ilə aparacağı verilişin hazırlıqlarını görəcəyini bildirib:
“Sentyabrın 25-də İstanbula yollanacam. O vaxta kimi də Bakıda yeni proqramımın hazırlıqları ilə məşğul olacam. Eyni zamanda da qızımın moda nümayişinə başım qarışıb. Bütün fikrimi ona yönəltmişəm. Dekorasiya işlərini edirik. Verilişimin çəkilişləri başlayacaq. Hələ ki, hansı telekanalda olacağına qərar verməmişik. Proqramı sahibi olduğum “YAR” prodakşnda çəkəcəyik”.
R.İsmayılova dekabrın 18-də Heydər Əliyev Sarayında konsert verəcəyini də bildirib:
“Məşqlərə başlamışıq. Qadınların cəzaçəkmə müəssisəsində də konsertim olacaq. Bu konsertdən yeni verilişim üçün böyük süjet hazırlayacam”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.