Aparıcı-model Çağla Şikel xaç taxması xəbərlərinə aydınlıq gətirib. Axşam.az Türkiyə mətbuatına isitnadən xəbər verir ki, Çağla boyunbağılarının xaça bənzədilməsinə belə münasibət bildirib: “Xaç taxmıram. Üstəlik, hər kəsin dini-imanı özünə görədir. Mənə söz atanlar, görəsən, mənim qədər ayə bilirlərmi?”. Xatırladaq ki, daha əvvəl oğulları Kuzey və Güneyin adlarının çarpaz yazıldığı boyunbağısı xaça bənzədilən Çağla bu yaxınlarda qılıncşəkilli aksesuarı ilə eyni mübahisə yaratmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.