Mehriban Əliyeva qızı ilə ADA Universitetində - FOTOLAR
ADA Universitetində “Qlobal perspektivə dair məruzələr seriyası” çərçivəsində “İqlim dəyişmələri və qlobal istiləşmə” mövzusunda elmi mühazirə dinlənilib. Cia.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ADA Universitetinin və ölkəmizin digər ali məktəblərinin tələbələri iştirak ediblər. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov diqqətə çatdırıb ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlar və öz ölkəsi qarşısında götürdüyü öhdəliklərə tam əməl edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış edib:
- Təbiəti sevməmək mümkün deyil. İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir. Yəqin ki, siz bizim layihələrimiz haqqında çox oxumusunuz. Biz ağac əkməklə məşğul oluruq. Son dövrdə gənclərimiz, könüllülərimiz 4 milyondan çox ağac əkiblər. Bilirəm ki, siz də 30 nəfərlə birlikdə ağac əkmisiniz. Buna görə Sizə təşəkkür edirik. Biz məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların yox olmasının qarşısını almağa çalışırıq. Əlbəttə ki, ovçuluq bütün dünyada mövcuddur. Bu, qəbulediləndir və bəzən hətta faydalıdır. Lakin adları “Qırmızı kitab”a daxil olan heyvanlar öldürülməməlidir, onlar qorunmalıdır. Bunun üçün biz fəal təbliğat işi aparırıq, izah edirik, danışırıq. Ən başlıcası bu haqda düşünməkdir. Ceyranların reproduksiyası ilə bağlı bizim layihələrimiz olub. Mənim üçün ən vacib layihələrdən biri də Qafqaz bəbirinin qorunub saxlanmasıdır.
“Təbiətin gözləmək üçün vaxtı yoxdur. Biz bunu indi etməliyik”, - deyən Leyla Əliyeva hər bir insanın ətraf mühitin qorunub saxlanılmasına töhfə verə biləcəyinə əminliyini ifadə etdi. Gənclərə müraciət edən IDEA-nın rəhbəri İctimai Birliyin hamı üçün açıq olduğunu vurğuladı.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.