Türkiyəli iş adamı Əli Ağaoğlu ilə yaşadığı eşq xəbərləri ilə vaxtilə gündəmdən düşməyən keçmiş aktrisa Petek Ertüre makiyajsız halda görüntülənib. Ötən gün Nişantaşında obyektivlərə tuş gələn aktrisanı tanımaq mümkün olmayıb. Şəkillərinin çəkildiyini görən Petek “İlk dəfə makiyajsız çəkirsiniz. Oğlum üçün alış-verişə çıxmışdım. Evə qayıdıram” deyib. Qeyd edək ki, P.Ertürenin Ə.Ağaoğlu ilə münasibətindən Əli Ege adlı bir oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.