banner
banner

Gündəm

Bəstəkar Rafiq Babayevin də həlak olduğu metro teraktından 22 il ötdü

Bəstəkar Rafiq Babayevin də həlak olduğu metro teraktından 22 il ötdü
1994-cü ilin bu günü, martın 19-da ölkə Novruz bayramını qeyd etməyə hazırlaşdığı bir gündə, saat 13.00-da "20 Yanvar"  metrostansiyasına atan qatar stansiyada dayandığı zaman partlayış baş verdi. Qatarın birinci vaqonunda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu işə düşdü və baş verən partlayış nəticəsində 14 nəfər həlak oldu, 49 nəfər yaralandır. Həlak olanların arasında Azərbaycan respublikasının xalq artisti, istedadlı bəstəkar Rafiq Babayev da vardı. 
Bu gün o hadisədən 22 il keçir.
 
O vaxt hamı bu partlayışın terror aktı və onun müəllifinin erməni terrorçuları olduğunu güman edirdi. Tezliklə gümanlar doğruldu. Qanlı terakt ermənilərin əl işi idi, ancaq onlar bunu başqasının əliylə görmüşdülər. İstintaq nəticəsində məlum oldu ki, terror aktının icraçıları "Sadval" separatçı təşkilatının üzvləridir. Tezliklə onlar həbs olundu, istintaq zamanı məlum oldu ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, Ermənistanda olublar və orada onlara xüsusi təlim keçiblər.
 
Terror aktının icrasında və təşkilində iştiraka görə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunub, onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxarıb, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunublar.
 
Ermənilər və "sadval"çılar 19 martı terror aktı günü olaraq təsadüfən seçməmişdilər. Məqsəd Azərbaycan xalqının qədim və müqəddəs bayramını qara gətirmək idi.
 
Sonda istedadlı bəstəkarımız öz ifasında səslənən bir mahnısı ilə onu və 19 mart terrorunda həlak olan vətəndaşlarımızın xatirəsini yad edək. Allah onlara rəhmət, terror sifarişçilərinə və icraçılarına isə lənət eləsin.
 
 
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.