banner
banner

Sosİal

Yağışın yollarda yaratdığı problemlə bağlı - Açıqlama

Yağışın yollarda yaratdığı problemlə bağlı -

Hazırda Bakı şəhərində avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti normaldır, heç bir problem müşahidə olunmur.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Bakının Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində yağış sularının nəqliyyat vasitələrinin hərəkətinə çətinlik törətməsinə gəlincə A.Nəcəfli qeyd edib ki, orada yol təsərrüfatında heç bir problem yoxdur:

“Orada yağış barmaqlıqları yerindədir, içi təmizdir, sadəcə olaraq yağış suları həddən artıq çox gəldiyi üçün su-kanalizasiya sistemi suyu tam çatdırıb ötürə bilmir”.

A.Nəcəfli bildirib ki, həm “Azərsu” ASC-nin, həm də “Azəravtoyol” ASC-nin nümayəndələri onun üzərində çalışırlar ki, həmin istiqamətdə yağış yağan zaman problem yaranmasın: “Yəni birgə işlər aparılır ki, orada olan problem köklü şəkildə aradan qalxsın”.

A.Nəcəfli əlavə edib ki, hazırda həmin istiqamətdə avtomobillərin hərəkətində problem yoxdur.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.