banner
banner

Sosİal

Bayram günlərində "təcili yardım"ın işi artıb

Bayram günlərində "təcili yardım"ın işi artıb

Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının işini artırıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, 19 və 20 mart tarixlərdə Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında artım müşahidə edilib.

Belə ki, həmin günlərdə olan çağırışların sayı adi günlərdə qeydə alınan orta göstəricidən təxminən 6 faiz cox olub.

Bildirilib ki, bayram günlərində tibb müəssisələrinin əksəriyyəti tam fəaliyyət göstərmədiyindən yük, əsasən, təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı artıb. Adi günlərdə olduğu kimi, çağırışların əksəriyyəti böyüklərdə ürək-damar xəstəlikləri, arterial təzyiqlə bağlı olub.
Cia.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.