Rusiya estradasının primadonnası Alla Puqaçovanın şoumen əri Maksim Qalkin xəstəxanaya yerləşdirilib. Qryaz kəndində təsərrüfatla məşğul olan Qalkinin halı qəfil pisləşib. İlk öncə şoumenin appendisitdən əziyyət çəkdiyi düşünülsə də, xəstəxanda məlum olub ki, Maksim məşq zalında belini incidib. Xəstəxana müayinələrindən sonra evə buraxılan primadonnanın əri “Mən yaşayıram və sağlamam. Narahat olduğunuza görə çox sağ olun” deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.