banner
banner

Sosİal

Nazir işdən qovulanlardan danışdı

Nazir işdən qovulanlardan danışdı

Nizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməllərə yol verdiklərinə görə il ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı 68 müraciət daxil olub.

CİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə FHN-in Mərkəzi aparatında keçirilən kollegiya iclasında deyib. Nazirin sözlərinə görə, ötən müddətdə FHN-in 40 əməkdaşı barədə intizam tənbehi tədbirləri görülüb: "Bunlardan 16-sı xidmətdən xaric edilib, 52 əməkdaş barəsində digər intizam tənbeh tədbirləri görülüb, 3 əməkdaşa isə xəbərdarlıq edilib".

Nazir həmçinin bildirib ki, bu ilin 11 ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yanğınla bağlı 10 567 çağırış daxil olub. K.Heydərov qeyd edib ki, bu hadisələrin 3667-si Bakı şəhərində qeydə alınıb. Ümumilikdə yanğın hadisələrinin 14-ü yüksək saylı çağırışla, digərləri isə çevik şəkildə söndürülüb. Nazirin sözlərinə görə, hər gün orta hesabla 32 yanğın hadisəsi baş verib, hər 7 gün ərzində isə 1 nəfər yanğın hadisələri zamanı xilas edilib.

Bu ilin hesabat dövründə baş vermiş yanğınlar nəticəsində 39 nəfər həlak olub. Görülən tədbirlər nəticəsində 123 dövlət, 600 fərdi ev, 312 özəl obyekt, 305 müxtəlif təyinatlı texnika yanğından mühafizə edilib.

Yanğınsöndürənlər tərəfindən 11-i uşaq olmaqla 47 nəfər xilas edilib, 738 nəfər isə yanğının baş verdiyi ərazilərdən təxliyə olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.