Martın 29-u gündüzdən 30-u səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 30-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda 20-28 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-24, Böyük Qafqazda 3-32, Mərkəzi Aran rayonlarında 5-15, Lənkəran-Astara zonasında 1-4, Naxçıvan MR-da 1-2, Kiçik Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-8 mm təşkil edib. Cia.az
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.