Rasim Əkbərov: "Hücum edən ordu həmişə daha çox itki verir"
«Goranboy rayonunun bütün sakinləri səbirsizliklə Ağdərə rayonunun və bütün Qarabağın azad olunmasını gözləyirlər», - bunu virtualaz.org-a müsahibəsində Azərbaycanın Mİlli Qəhrəmanı, 1992-ci ildə Qarabağın böyük hissəsini azad etmiş əfsanəvi 157-ci hərbi hissənin keçmiş komandiri Rasim Əkbərov deyib.
R.Əkbərovun sözlərinə görə, Azərbaycanın cəbhəyanı bölgələrində təşvişlə bağlı məlumatlar həqiqətə uyğun deyil. Heç bir sakin rayonu tərk etməyib, əksinə, Göranboyun bütün kişi əhalisi qərara alıb ki, könüllü olaraq Azərbaycan orduusunun sıralarına qoşulsun və Qarabağın azad olunmasında iştirak etsin, - Rasim Əkbərov belə deyib.
O həmçinin qeyd edib ki, vətənə borcunu yerinə yetirərkən həlak olanlara görə heyfsilənir, amma hücum əməliyyatında Azərbaycan ordusunun itkiləri qaçılmaz idi.
«Məlum olduğu kimi, hücum edən tərəf həmişə müdafiə olunan tərəfdən daha çox itki verir», - R.Əkbərov belə deyib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.