Ötən gün azərbaycanlı vətəndaşlardan birinin İŞİD terror qruplaşmasına fırıldaq gəlməsi ilə bağlı Türkiyə, eləcə də yerli mediada xəbərlər yayılıb.
ANS PRESS-in məlumatına görə, yayılan xəbərlərdə İslamov Ehtiram Eldar oğlunun İŞİD terror qruplaşmasına qoşulmaq üçün İstanbula getdiyi bildirilir. O, burada qruplaşmada fəaliyyət göstərən başqa bir yaraqlı ilə əlaqə saxlayıb. Maddi imkanlarının aşağı olduğunu bildirən İslamova 1500 dollar pul göndərilib. Lakin azərbaycanlı “İŞİD-çi”nin 11 nəfər olduqlarını söyləyərək, daha çox pul istədiyi vurğulanır.
İŞİD terror qruplaşması üzvləri isə onun bu istəyindən şübhələniblər və aldadıldıqlarını güman ediblər. Daha sonra İslamovla əlaqəyə keçməyə çalışsalar da, onların bu səyi nəticəsiz qalıb.
Xəbəri eşidənlər buna inanmasalar da, İŞİD-in həmin şəxsi axtardığı bildirilir.
Qeyd edək ki, İslamov Ehtiram adlı həmin azərbaycanlının bir sıra yerli saytlarda fotoşəkli verilsə də, daha sonra bir nəfərin zəng edərək həmin şəklin oğluna aid olduğunu və oğlunun isə həmin xəbərlə heç bir aidiyyəti olmadığı söylənilir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.