Məlum olduğu kimi, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində Azərbaycanın 12 hərbiçisi şəhid olub. Şəhidlərin əksəriyyəti artıq dəfn olunub.
Qeyd edək ki, qardaş Türkiyə dövlətində məscidlərdə şəhidlərin ruhlarına dualar oxunub, onlara anım keçirmək adət halını alıb. Bəs görəsən bizdə vəziyyət necədir? Vətən uğrunda canlarını fəda edən şəhidlərimiz üçün məscidlərdə fətvalar verilib, dualar oxunurmu?
İlahiyyatçı Bəhruz Camal məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. İlahiyyatçı ölkə ictimaiyyətində hələ şəhidpərvərlik ruhiyyəsinin formalaşmadığını deyib: “Adətən 20 Yanvar, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü və digər bu kimi günlərdə müəyyən məscidlərdə şəhidlərimiz üçün anım mərasimləri keçirilirdi. Təəssüf doğuran bir haldır, bir gün ərzində 12 şəhidimiz oldu. 12 vətən övladımız vətənə xidməti borclarını yerinə yetirərkən öz canlarını fəda etdilər. Lakin bəzi televiziya və radiolarda çal-çağır proqramlarının, sanki ”aclıq olsun, kef olsun" məsələsinin hökm sürüdüyünün şahidi olduq. Sanki ictimaiyyətdə hələ şəhidpərvərlik ruhiyyəsi formalaşmayıb. Budur adamı üzən. Bir çox məscidlərdə həmişə şəhidlərimiz üçün dualar oxunub çox güman ki, bu günlərdə də bu tədbirlər keçiriləcək.
Amma əslində bu məsələ məscid səviyyəsindən kənara çıxmalıdır. Çünki o şəhidlər təkcə məscidlərin deyil, xalqındır. Küçədə, nəqliyyatda, bir sözlə, ictimaiyyətdə heç olmasa, bir-iki gün bu anım qeyd olunmalıdır. Doğrudur, bəziləri buna qınaq kimi baxır ki, bizim qəmlənməyimiz düşməni sevindirər və sairə. Bunlar yanlış təfəkkürdür. Biz qəmgin deyilik, sadəcə, şəhidlərimizi anır, onları yad edirik. Bununla da onların ailələrinə bir növ dəstək olub sanki nümayiş etdiririk ki, sizin qəminizə şərikik, ölən təkcə sizin övladınız deyil, bizim də bir parçamızdır. Bu ruhiyyə təəssüflər olsun ki, cəmiyyətimizdə yoxdur. Bu ruhiyyəni cəmiyyətdə formalaşdırmaq üçün hansı vasitələr gərəkirsə, onu axtarıb tapmaq lazımdır ki, Azərbaycan xalqı da şəhidlərdən olsun. Bu bizim potensialımızda var, çünki 20 yanvarda və ya 93-cü ilə qədər olan müharibələrdə xalq bunu özündə göstərə bilib. Bu gün zaman-zaman informasiya blokadasından çıxan insanlarımız müxtəlif informasiyaların təzyiqlərinə məruz qalaraq artıq dəyərlərindən sanki uzaqlaşdırılır".
İlahiyyatçı məsələnin qanuniləşdirilməsinin heç bir əhəmiyyət kəsb etməyəcəyini bildirib: “Ümumiyyətlə, bu məsələlərin hamısı vicdan məsələdir. Onu hansısa qanun və ya inzibati tədbirlər vasitəsi ilə həyata keçirməyin o qədər də əhəmiyyəti olmayacaq. Elə işlər görmək lazımdır ki, insanlar könüllü surətdə şəhidlərini ansın”.
Qeyd edək ki, “Heydər” Məscid Kompleksi İdarəsinin sədri Hacı Sabir Həsənli “Report”a açıqlamasında bildirib ki, adı çəkilən məsciddə qılınan namazlarda şəhid olan Azərbaycan hərbçilərinin ruhuna dualar edilir, uca Allahdan onlara rəhmət dilənir: “Məsciddə şəhər sakinlərinin iştirakı ilə qılınan bütün namazlarda ordumuzun şəhid olan əsgərləri yad edir, onlara Allahdan rəhmət diləyirik. Azərbaycan ordusunun zəfər qazanması üçün dualar edilir. Vətənin qorunması, şəhidlik zirvəsi ilə bağlı möizələr oxunur. Allah əsgərlərimizi qorusun!”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.