banner
banner

Sosİal

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb

Bu gündən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bu il Həcc ziyarətinin qiymətləri müvafiq olaraq 3500-4500 ABŞ dolları məbləğində müəyyənləşdirilib.

Ödəniş yalnız ABŞ dolları ilə həyata keçirilməlidir. Ayrılan kvota isə 1500-dür.

Son beş ildə Həcc ziyarəti üçün təyin olunan qiymətlərin müqayisəsi göstərir ki, Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin ödədiyi məbləğ ildən-ilə dəyişir, yəni artır.

2011-ci ildə Həcc ziyarətinə avtobusla getmək istəyənlər 2650 manat, təyyarə ilə gedənlər isə 3750 manat ödəyiblər. 2012-ci ildə ilk dəfə olaraq ziyarətə avtobusla getmək ləğv olunub və ilk dəfə VİP Həcc ziyarəti təklif olunub. Aşağı qiymət 3090, bahalı xidmət 3850 manat olub. Həmin il Azərbaycandan ziyarətə 2000 min zəvvar gedib. 2013-cü ildə qiymətlər müvafiq olaraq 3250 və 4100 manat olub. 2014-cü ildə qiymətlər 2013-cü illə müqayisədə dəyişməyib. 3600 nəfərlik kvotanın ayrıldığı həmin il qiymətlər 3250 və 4100 manat məbləğində olub. 2015-ci ildə Həcc ziyarəti üçün ödənişlər dollarla aparılıb. 2400 nəfərlik kvotanın ayrıldığı ötən il bahalı xidmətin qiyməti 5750 dollar, aşağı qiymət 4700 dollar olub (3250-5000 manat) olub.

Qeyd edək ki, builki qiymətləri mövcud məzənnə ilə milli valyutaya çevirdikdə aşağı məbləğ 5500, yuxarı məbləğ isə 7000 min manata yaxın Azərbaycan manatı edir. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.