banner
banner

Gündəm

“O jurnalistlər “qara siyahı"ya salınacaqlar” - XİN-dən AÇIQLAMA

“O jurnalistlər “qara siyahı"ya salınacaqlar” -

“Dünən Rusiyanın “ORT” televiziyasının çəkiliş qrupu Dağlıq Qarabağ ərazisində olub. Həmin jurnalistlərin adları araşdırılır və onlar müvafiq qaydada “arzuolunmaz şəxslər” siyahısına salınacaqlar. Bizim tərəfdən onlara etiraz bildiriləcək”.

Bu sözləri modern.az saytına açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Nazirlik rəsmisi bildirib ki, xarici media nümayəndələri Azərbaycanın bütün bölgələrində, o cümlədən işğal altında regionlarda fəaliyyət göstərmək üçün mütləq Xarici İşlər Nazirliyinə müraciət etməlidirlər:

“Hər bir halda Azərbaycan Respublikasının bütün ərazilərində, o cümlədən işğal olunmuş torpaqlarda çəkiliş aparmaq üçün xarici KİV nümayəndələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməlidirlər.

Bununla bağlı olaraq Xarici İşlər Nazirliyinin akkreditasiyası əsasında xarici media nümayəndələri Azərbaycanın cəbhəyanı bölgələrində fəaliyyət göstərmək üçün Müdafiə Nazirliyinə müraciət etməlidirlər.

İndiyə qədər cəbhəyanı bölgələrdə fəaliyyət göstərmək üçün bizə müraciət edən bəzi xarici jurnalistlər olub”.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan-Ermənistan sərhəddində intensiv döyüşlər başlayıb. Qarabağ döyüşləri bir anda dünyanın əsas xəbərlərindən birinə çevrilib.

Regionda baş verən hadisələrdən öz auditoriyasına təfsilatlı xəbər vermək üçün bəzi xarici KİV nümayəndələri Azərbaycana, eyni zamanda işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.

Lakin bu zaman bəzi əcnəbi jurnalistlər rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər edərək, reportaj hazırlayıblar. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.