banner
banner

Sosİal

Rayon qeydiyyatlı avtomobillərin paytaxta giriş saatı DƏYİŞDİRİLİB - RƏSMİ

Rayon qeydiyyatlı avtomobillərin paytaxta giriş saatı

“Rayon qeydiyyatlı avtomobil sahiblərinin böyük əksəriyyəti qoyulan məhdudiyyətə əməl edir”. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin modern.az saytına verdiyi məlumata görə, Bakı şəhərinə girişə məhdudiyyətin tətbiq edilməsilə bağlı sürücülərin məsuliyyətə cəlb olunması nəzərdə tutulmur:

“Vaxt məhdudiyyətinin tətbiq edilməsilə bağlı sürücülərə müraciət olunub və onların nəqliyyat vasitələri qeyd edilən məhdudiyyət zamanı şəhərin girişindəki xüsusi duracaqlarda saxlanılır. Qərar ötən ilin sentyabr ayından tətbiq olunduğundan sürücülərin əksəriyyəti qoyulmuş qaydalara riayət edir və məhdudiyyət müddət bitdikdən sonra paytaxta daxil olurlar. Məhdudiyyət vaxtı gələnlər də ancaq ictimai nəqliyyatdan, elektrik qatarlarından istifadə edirlər. Onlar da görür ki, bu cür nəqliyyat vasitələri şəxsi nəqliyyat vasitələrindən daha sərfəlidir”.

K.Əliyev deyib ki, rayon qeydiyyatlı avtomobillərin şəhərə daxil olmasında bəzi istisnalar tətbiq edilir:

“Kənd təsərrüfatı məhsullarının gətirilməsi, yaxud göndərişi olan xəstələrlə bağlı məhdudiyyət götürülür.

Demək olmaz ki, kimsə bu məhdudiyyətə əməl etmədi və buna görə cəzalandırdılar. Məqsəd hansısa sürücünü tətbiq olunan məhdudiyyət müddətlərində məsuliyyətə cəlb etməkdən ibarət deyil”.

BDYP rəsmisi bildirib ki, respublikada yay-qış vaxtına keçidin ləğvi ilə əlaqədar rayon qeydiyyatlı avtomobillərin paytaxta giriş saatlarında da dəyişiklik olub:

“Bakı qeydiyyatında olmayan avtomobillər yay qrafikində 07:30-dan 21:00-a, qış qrafikində 07:30-dan 20:00-dək paytaxta daxil ola biləcəklər”.

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il iyulun 23-dəki “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən, rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağan edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.