Türkiyəli məşhurlardan Azərbaycana dəstək - FOTOLAR
Aprelin 2-dən düşmənin cəbhə bölgəsində atəşkəsi pozması nəticəsində 15 əsgərimiz şəhid olub. Axşam.az-ın məlumatına görə, bu hadisəyə türkiyəli məşhurlar da biganə qalmayıb. Onlar sosial şəbəkədə Azərbaycanla bağlı paylaşımlar edərək, başsağlığı veriblər. Əsgərlərimizə dualar edənlər arasında Alişan, Mehmet Ali Erbil, Soner Sarıkabadayı, Tuğba İldiz, Özge Ulusoy, Doğuş, Merve Özbey və Dərya Tuna yer alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.