banner
banner

Sosİal

Bu gün 8 rayonun qaz təchizatı məhdudlaşdırılacaq

Bu gün 8 rayonun qaz təchizatı məhdudlaşdırılacaq
Bu gün Bakının Yeni Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, həmçinin Abşeron, Quba, Mingəçevir və Goranboy rayonlarının  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Cia.az-a verilən məlumata görə, orta təzyiqli qaz kəməri üzərində yeni quraşdırılmış RDUK tipli qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə aprelin 13-də saat 09:00-dan  işlər yekunlaşanadək Suraxanı rayonunun Yeni Suraxanı və Ramanı qəsəbəsində, Sabunçu rayonunun Albalılıq yaşayış massivi, Pirşağı, Nardaran, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivi və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Şüvəlan, Mərdəkan qəsəbələrində və Xaşa-Xuna bağ massivində, Abşeron rayonunun Müşviqabad və Pirəküşkül qəsəbələrində, Quba rayon mərkəzi və Qırmızı qəsəbəsində, Goranboy rayonunun, həmçinin Mingəçevir şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.