banner
banner

Sosİal

Azərbaycanın 3 universiteti dünya reytinqində

Azərbaycanın 3 universiteti dünya reytinqində

Quacquarelli Symonds (QS) agentliyi Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali məktəblərinin yeni reytinqini açıqlayıb.

CİA.Az oxu.az-a istinadən xəbər verir ki, 100 ali məktəbin yer aldığı "QS University Rankings: İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya 2014/15” reytinqdə Azərbaycanın üç ali məktəbi - Bakı Dövlət Universiteti, Qafqaz və Xəzər universitetləri də var. Ali məktəblər müvafiq olaraq 39.4, 38.5 və 39.6 balla 71-80 ci yerdədirlər.

Quacquarelli Symonds (QS) agentliyinin reytinqi ali məktəblərin qlobal reytinqləri arasında ən nüfüzlusudur. Reytinq 30 ölkəni əhatə edir: Albaniya, Ermənistan, Azərbaycan, Belarus, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, Gürcüstan, Qazaxıstan, Kosovo, Qırğızıstan, Latviya, Litva, Makedoniya, Moldova, Çernoqoriya, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna.

Reytinqdə ilk onluğa Azərbaycanda da filialı olduğu M.V. Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir.

Onluğa həmçinin Varşava Universiteti (Polşa), Tartuskiy Universiteti (Estoniya), Praqada Çexiya Texniki Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Yagellonskiy Universiteti (Polşa), Yaxın Şərq Texniki Universiteti (Türkiyə) və Masarikov Universiteti (Çexiya) daxildir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.