İki gün öncə səhhəti kəskin ağırlaşdığına görə Ankaradakı xəstanaya aparılan keçmiş təhsil naziri, professor Firudun Cəlilov bu gün əməliyyat olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həyat yoldaşı Fəridə Cəlilova məlumat verib. Bildirib ki, professorun üzərində altı saat yarım çəkən cərrahiyyə əməliyyatı az öncə uğurla yekunlaşıb. Onun sol ayağının arterial qan damarı dəyişdirilərək süni damarla əvəz edilib. Hal-hazırda F. Cəlilov reanimasiyadadır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.