banner
banner

Gündəm

Ermənistanda qarışıqlığın anonsu – Köçəryanın evinə qumbara atıldı

Ermənistanda qarışıqlığın anonsu –
Naməlum şəxslər Ermənistanın ikinci prezidenti Robert Köçəryana məxsus villaya qumbara atıb. 
Musavat.com bu barədə Ermənistan KİV-lərinə istinadən xəbər verir. Məlumata görə, hadisə İrəvanın İsakova prospektində baş verib. Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Armen Malxasyan “siqnal daxil olub, hazırda hadisə yerində operativ qrup işləyir” deməklə kifayətlənib. Keçmiş prezidentin mətbuat katibi Viktor Soqomonyan deyib ki, hücum zamanı heç kim xəsarət almayıb. “Deyə bilərəm ki, heç nə baş verməyib. Bildiyimə görə qumbara partlamayıb”-o deyib. 
1998-2008-ci illərdə Ermənistana rəhbərlik etmiş R.Köçəryan özü hazırda Moskvadadır. 
Qeyd edək ki, prezident Serj Sərkisyanın keçmiş prezident Levon Ter-Petrosyanın evinə gedib cəbhədəki vəziyyəti onunla müzakirə etmişdi. Bundan sonra R.Köçəryan açıqlama verərək Ermənistana gedəcəyini, ancaq S.Sərkisyanla görüşməyəcini bildirmişdi. Şübhə yoxdur ki, atılan qumbara Sərkisyanı devirib hakimiyyətə qayıtmaq istəyən Köçəryana xəbərdarlıqdır.
 
ru.a1plus.am saytı isə yazıb ki, Köçəryan hazırda Ermənistanda deyil, Moskvada səfərdədir. Bu detalın özü də olduqca maraqlıdır.  

Köçəryana yaxın mənbələr bildirir ki, atılan qumbara kimsəyə zərər verməyib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.