banner
banner

Şou

"Pula görə heç vaxt çətinliyim olmaz" - FOTOLAR

"Pula görə heç vaxt çətinliyim olmaz" -
Müğənni Bülənt Ərsoy Ataköydə konsert verib. 
Konsertdən sonra jurnalistlərlə danışan ifaçı yenə də qalmaqallı açıqlamaları ilə yadda qalıb. İddialı makiyaj, libas və aksesuarları ilə diqqət çəkən Bülənt zinət əşyalarına olan marağı haqda bunları deyib: 
“Bəyəndiyimi alıram. Bildiyiniz kimi, qızılları aldığım xüsusi dükan var. Orada bir qızıl əşyası ev dəyərindədir. Alıram, rahat oluram”. 
Pula ehtiyacı olduğu üçün Marmarisdəki torpaq sahəsini satdığı deyilən B.Ərsoy məsələyə belə münasibət bildirib:
 
“Oranı 90-cı illərdə almışdım. Yolu, işığı, suyu olmadığına görə istifadə edə bilmirdim. Gördüm ki, oranı saxlamağın bir mənası yoxdur, satmaq qərarına gəldim. Əvəzində dəniz mənzərəli yer aldım. Orada özümə xüsusi ərazi salacağam. Mən pula görə heç vaxt çətinliyə düşmərəm. Yalnız təbii ehtiyacımı ödəmək istəyəndə sıxıla bilərəm (gülür)”.
 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.