banner
banner

Sosİal

Azərbaycan 52 növ dərman istehsal edəcək

Azərbaycan 52 növ dərman istehsal edəcək
“İranın şirkəti ilə birgə Azərbaycanda dərman istehsalı ilə bağlı müzakirələr davam etdirilir. Hazırda layihə üzərində təhlil işləri aparılır”.
Bu barədə Modern.az saytına İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.   O deyib ki, paralel olaraq layihə smeta sənədləri hazırlanır. Smeta sənədləri hazır olduqdan sonra Sumqayıt Kimya Sənaye Parkında dərman istehsalı zavodun tikinti işlərinə başlanılacaq.
A.Əliyev bildirib ki, ilkin mərhələdə 52 həyatı vacib olan və ən çox tələb olunan dərman vasitələri istehsal olunacaq.  
“Sonrakı mərhələdə istehsal olunan dərman vasitələrinin siyahısı daha da genişləndirilə bilər”. 
 
Bakıda “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti arasında Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında Anlaşma Memorandumu imzalanıb.    
 
Memoranduma əsasən, birgə yeni müəssisə yaradılacaq. Bu müəssisəni “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və “Darou Pakhsh” şirkəti birgə maliyyələşdirəcək.   
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.