banner
banner

Gündəm

Lavrovla Nalbandyan Qarabağı müzakirə etdilər

Lavrovla Nalbandyan Qarabağı müzakirə etdilər
XİN rəhbərləri arasında telefon danışığı baş tutub.
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanlə həmkarı Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.  ANS PRESS-in Rusiya XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün baş tutan telefon danışığı zamanı münaqişənin tənzimlənməsi perspektivləri və atəşkəsə riayət edilməsi haqda mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Sonuncu dəfə XİN rəhbərləri münaqişəni müzakirə etmək üçün İrəvanda görüşüblər. Aprelin 21-22 Sergey lavrovun İrəvana səfəri baştutub. Səfər çərçivəsində nazir Ermənistan prezidenti Serj Sarkisyan və həmkarı Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüş keçirib. Nalbandyanla görüşdən sonra Lavrov Dağlıq Qarabaq münaqişəsinin hərbi yolla həllinin olmadığını bildirib. "Konflikt yalnız siyasi-diplomatik yolla həll edilə bilər" - deyə Lavrov görüş sonrası mətbuat-konfransında deyib.
 
Onun sözlərinə görə, Dağlıq Qarabağda vəziyyətin inkişafı kontekstində 1994-cü ildə imzalanmış atəşkəs sazişi və onun inkişafı üçün 1995-ci ildə qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin möhkəmləndirilməsi haqqında sazişlərə riyaət etmək lazımdır. "Bu sazişlər müddətsizdir", - deyə Lavrov əlavə edib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.