"Parlamentin gündəliyindən birdəfəlik çıxarılıb" - Deputat
“Azərbaycanda surroqat analığa icazə verilməsi məsələsi cəmiyyətdə qəbul olunmadığına görə parlamentin gündəliyindən birdəfəlik çıxarıldı”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
H. Rəcəbli qeyd edib ki, bu məsələ mentalitet, o cümlədən digər fəsadların baş verəcəyi baxımından ictimaiyyətdə narazılıqla qarşılanıb: “Ona görə biz də bu məsələni birdəfəlik gündəmdən çıxardıq və yaxın gələcəkdə parlamentdə müzakirəyə çıxarmağımız gözlənilmir”.
Qeyd edək ki, Azərbaycanda surroqat analığa icazə verilməsi ilə bağlı məsələ uzun müddət parlamentin və ictimaiyyətin müzakirə mövzusu olub.
Qafqaz Müsəlmanları İdarəsi də bir neçə dəfə bu məsələyə etiraz edib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.