banner
banner

Sosİal

Yaralı Ağdam sakini Bakıya gətirilir

Yaralı Ağdam sakini Bakıya gətirilir

Ermənilərin atdığı top mərmisinin partlaması nəticəsində yaralanan Məmmədov Elnur Polu oğlu paytaxt Bakıya - Elmi-Tədqiqat Ağciyər Xəstəlilikləri İnsitutuna köçürülür.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, E.Məmmədovun ağ ciyərində aparılan əməliyyatın davamlı müalicəsi üçün paytaxtdan gələn mütəxəssislərin məsləhəti ilə ambulansla Bakıya göndərilir.

Qeyd edək ki, Ağdamın Əfətli kənd sakini 1978-ci il təvəllüdlü Məmmədov Elnur Polu oğlu, aprelin 27-dən 28-ə keçən gecə erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində qəlpə yarası alıb. Topdan açılan mərmi onun həyətyanı torpaq sahəsinə düşüb və nəticədə qəlpələr E.Məmmədovun ciyərini parçalayıb. Ağdam Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunan yaralıdan 2 ədəd qəlpə parçası çıxarılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.