“Azəriqaz” İstehsalat Birliyi texniki təhlükəsizlik qaydalarına nəzarət məqsədilə mənzillərə baxış keçirir.
Bu barədə virtualaz.org saytına”Azəriqaz”dan məlumat veribllər.
Xəbərdə deyilir ki, artıq 78534 mənzilə baxış keçirilib. Əsasən qaz kəmərlərinə qeyri-qanuni birləşmələr, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət edilir. Bundan əlavə, abonentlərə təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilir.
Qurum təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da mənzillərdə yoxlamalar aparılacağı ilə bağlı xəbərdarlıq edib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.