Bu ilin 11 ayı ərzində Azərbaycan Respublikasına 1 milyona yaxın əcnəbi vətəndaşın gəldiyi qeydə alınıb.
CİA.Az AzərTAc- istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev deyib.
P.Musayev bildirib ki, onların əksəriyyəti Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınıb. Çox az bir hissəsi qeydiyyata alınmayıb ki, bunlarda aiddiyatı qurumlar tərəfindən aparılmış müvafiq tədbirlər nəticəsində qısa müddət ərzində aradan qaldırılıb.
O deyib: “Ölkə ərazisinə daxil olan əcnəbilər olduğu yer üzrə qeydiyyata alınır, onlara müvafiq yaşama icazələri verilir, iş icazələri ilə təmin olunurlar. Demək olar ki, bu gün DMX–nin diqqətindən kənarda qalan əcnəbi yoxdur”.
Rəis müavini vurğulayıb ki, DMX-də vahid miqrasiya məlumat sistemi yaradılıb və fəaliyyəti təmin edilib. Azərbaycana gələn hər bir əcnəbinin hansı tarixdə ölkəyə daxil olduğu, hansı ünvana qeydiyyata düşdüyü, harada işlədiyi, ölkəni tərk etdiyi vaxta vahid miqrasiya məlumat sistemi vasitəsilə tam nəzarət edilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.