48 yaşlı Culiya Roberts Kann kinofestivalı çərçivəsində "Pul canavarı" filminin premyerasına qatılıb. Culiya boynunda taxdığı platin boyunbağı ilə diqqət çəkib. Zinət əşyasının üzərindəki 52 karatlıq zümrüd görənləri heyran edib. "Armani Prive"dan geyinən aktrisa həmkarları Cudi Foster və Corc Kluni ilə qırmızı xalçada görünüb. C.Roberts Kann festivalında ikinci dəfə fərqli geyimdı görünüb. Aktrisa yenə də C.Kluni ilə birgə addımlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.