banner
banner

Şou

Üçüncü dəfə toyu olacaq - milyonçuya ərə gedir

Üçüncü dəfə toyu olacaq - milyonçuya ərə gedir
“Qızıl Kürə” mükafatçısı, 41 yaşlı aktrisa Eva Longoria ailə həyatı qurur. 
Ötən ilin dekabrında nişanlandıqlarını elan edən aktrisa və 47 yaşlı iş adamı Jose Antonio həftə sonu Meksikada gizli bir mərasimlə nikaha daxil olmağa hazırlaşırlar. 
Longoria ispaniyalı bir ulduzun xarakterini canlandırdığı filminin çəkilişlərindən qalan vaxtını evlilik hazırlıqlarına həsr edib. Yaxın mənbələr aktrisanın təmtəraqlı evlilik mərasimi istədiyini bildirir. Detalları gizli saxlanılan toy mərasiminin dəniz sahilində baş tutacağı deyilir. 
Bundan öncə  aktyor Teyler Kristofer, daha sonra Toni Parkerlə ailə həyatı quran aktrisanın bu evliliklərinin ömrü uzun çəkməyib. O, bu dəfə çox aşiq olduğunu və ailə həyatının ömür boyu sürməsini istədiyini söyləyib. 
Qeyd edək ki, Longoria və Antonio iki ildir birlikdə yaşayır. Milyonçu iş adamının əvvəlki evliliyindən üç uşağı var.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.